Avstraliya bu şəxslərin ölkəyə girişinə qadağa qoyur

 Avstraliya bu şəxslərin ölkəyə girişinə qadağa qoyur
  18 Mart 2019    Oxunub:1740
Avstraliya hökuməti məişət zorakılığında təqsirli bilinərək 12 ay və daha çox müddətə həbsdə olan əcnəbi turistlərin vizalarını ləğv edərək ölkəyə girişlərinə qadağa qoyacaq.
Azvision.az “Lonely Planet”ə istinadən xəbər verir ki, bu ittiham üzrə məhkumluq həyatı yaşayan və artıq Avstraliyada olan səyahətçilər isə deportasiya ediləcəklər.

Bu addım fevralın sonunda Avstraliya qanunvericiliyinə edilən dəyişikliklə əlaqədardır. Dəyişikliyə əsasən, məişət zorakılığı maddələri üzrə cəza çəkən və Avstraliyaya gəlmək istəyən əcnəbilərə viza verilməyəcək. Bunadək verilən vizalar isə ləğv olunacaq.

Avstraliyanın Səhiyyə və Sosial Təminat İnstitutunun statistikasına görə, ölkədəki hər 6 qadından biri fiziki zorakılıq və cinsi təcavüzə məruz qalır. Qanunvericiliyə edilən bu dəyişikliyin ölkədə ailə şiddətinə son qoymaq məqsədi daşıdığı bildirilir. Lakin buna görə hökumətin ölkə daxilində tədbirlər görməsi əvəzinə əcnəbiləri hədəfə alması narazılığa səbəb olub. Belə ki, Avstraliyada qadınların 54%-i məhz öz həyat yoldaşları, yaxud partnyorları tərəfindən zorakılığa məruz qalırlar.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Avstraliya  





Xəbər lenti