Yerə asteroid yaxınlaşır - VİDEO

  18 Mart 2019    Oxunub : 1909
 Yerə asteroid yaxınlaşır - VİDEO
“EA2” adlandırılan kiçik ölçülü asteroid Yer kürəsinə yaxınlaşır.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsi (NASA) xəbərdarlıq edib.

Qeyd olunur ki, asteroid 22 mart gecəsi Yerə maksimum yaxınlaşacaq və planetimizin üzərindən 305 kilometr məsafədən ötüb keçəcək.

Alimlər “EA2” asteroidini təhlükəli hesab etmirlər. Çünki onun sürəti saniyədə 5 kilometr, diametri isə 18-40 metr təşkil edir.



Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Asteroid   Yer   NASA