Tailandda məktəbli avtobusu aşıb: Ölən və yaralılar var

Tailandda məktəbli avtobusu aşıb:  Ölən və yaralılar var
  18 Mart 2019    Oxunub:1584
Tailandın paytaxtı Banqkokun 122 kilometrliyində yerləşən Praçinburi əyalətində yuxarı sinif şagirdlərini ekskursiyaya aparan “Honda” markalı avtobusun yolun hərəkət hissəsindən kənara çıxaraq aşması nəticəsində 1 məktəbli hadisə yerindəcə ölüb, 10 nəfər isə xəsarət alıb.
Azvision.az “Thaiger” portalına istinadən xəbər verir ki, bu gün səhər saat 04:40-da baş verən qəza zamanı avtobusda 20 şagird və 19 müəllim olub. İnsident nəticəsində yaralananlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Avtobus sürücüsünün taleyi barədə məlumat verilmir. Hazırda polis qəzanın baş vermə səbəblərini araşdırır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Tailand  





Xəbər lenti