İrəvanda sahibkarlar etiraz aksiyası keçirir - CANLI YAYIM

   İrəvanda sahibkarlar etiraz aksiyası keçirir -    CANLI YAYIM
  18 Mart 2019    Oxunub:2100
İrəvanda qazlı içkilərin istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri bu gün səhər saatlarından etibarən Ermənistanın hökumət binası qarşısına yığışaraq, növbəti dəfə etiraz aksiyası keçirirlər.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin yürütdüyü vergi siyasətinə qarşı çıxaraq, yeni Vergi Məcəlləsi layihəsində nəzərdə tutulan yükün, xüsusən də aksiz vergisinin azaldılmasını tələb edirlər.

Etirazçıların sözlərinə görə, hökumətin vergiləri kəskin artırması qazlı içkilərin qiymətlərinin də bahalaşmasına gətirib çıxaracaq ki, nəticədə istehlak bazarında tələbatın və dolayısı ilə istehsalın azalmasına, sahibkarların müflisləşməsinə səbəb olacaq.

Aksiyaçılar əllərində “Hökumət işsizliyi dəstəkləyir!”, “İşsiz qalacam!”, “Hökumət orta sahibkarlığı öldürür!”, “Böyük biznesin hökumətisiz!”, “Qazlı içkilərin bahalaşmasına “yox” de!” kimi şüarlar yazlıan plakatlar tutublar.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti