Avstriyadan çağırış: “Trampın havasına oynamayın”

   Avstriyadan çağırış:    “Trampın havasına oynamayın”
  18 Mart 2019    Oxunub:1310
Avropa ölkələri ABŞ-la fikir ayrılığının mövcud olduğu məsələlərlə bağlı Amerika prezidenti Donald Trampın çaldığı havaya oynamamalıdırlar.
Azvision.az xəbər verir ki, Avstriya prezidenti Aleksandr Van der Bellen “Welt” qəzetinə müsahibəsində bu cür bəyanatla Avropa ölkələrinə çağırış edib.

“ABŞ prezidenti Tramp heç bir səbəb olmadan İranın nüvə proqramına dair sazişi pozdu. Vaşinqton illərdir ki, bu sazişə nail olunması üçün danışıqlarda iştirak edirdi və saziş üzrə tərəflərdən biri idi. Sonra da ciddi sanksiyalarla hədələyərək Avropa şirkətlərinə İranla biznes qurmağı qadağan etdi. Fikrimcə, bu artıq həddi aşmaqdır. Avropalılar Trampın çaldığı havaya oynamamalıdırlar. Avropa ölkələri ABŞ-la fikir ayrılığının olduğu məsələlərdə daha müstəqil siyasət yürütməlidirlər” - Avstriya prezidenti vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Avropa   Avstriya   ABŞ  





Xəbər lenti