Lukaşenko Türkiyəyə səfər edəcək

 Lukaşenko Türkiyəyə səfər edəcək
  18 Mart 2019    Oxunub:2896
Belarus prezidenti Aleksandr Lukaşenko apreldə Türkiyəyə rəsmi səfər edərək həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Azvision.az “Belta”ya istinadən xəbər verir ki, bu barədə Lukaşenko özü Türkiyənin Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Kezban Nilvana Darama ilə görüşündə anons edib.

“Münasibətlərimizdə yaxşı olan hər şey göz önündədir və bu barədə danışmaq xoşdur. Amma həmişə həllini gözləyən problemlər də olur. Əks halda, əgər hər şey yaxşıdırsa, görüşməyə və danışıqlar aparmağa ehtiyac qalmazdı. Və mən istərdim ki, bu gün, sabah və uzunmüddətli perspektivdə həll etməli olduğumuz problemli məsələləri açıq şəkildə müzakirə edək”, – deyə Lukaşenko vurğulayıb.

Lakin türkiyəli səfir cavabında bildirib ki, “ölkələrimiz arasındakı münasibətlərdə problemlərin olduğunu görmürük və bunu, qürur duymaq üçün bir əsas hesab edirik”.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Türkiyə   Belarus  





Xəbər lenti