Qazaxıstanda 41 məktəbli qazdan zəhərlənib

  19 Mart 2019    Oxunub : 650
Qazaxıstanda 41 məktəbli qazdan zəhərlənib
Qazaxıstanın cənubundakı Şımkənd şəhərində 45 nəfər təbii qazdan zəhərlənib. Onlardan 41-i məktəblidir.
Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin ictimai sağlamlığın mühafizəsi komitəsinin rəhbəri Jandarbek Bekşin bildirib.

Onun sözlərinə görə, baş gicəllənməsi, ürəkbulanma və qısamüddətli yaddaş itkisi simptomları ilə xəstəxanaya yerləşdirilən pasiyentlərə ilkin tibbi yardım göstərilib və detoksikasiya müalicəsi alıblar. Təbii qazdan zəhərlənən məktəblilərin valideynlərinə isə psixoloji yardım edilib.

“Kompleks detoksikasiya terapiyasından keçdikdən sonra uşaqları xəstəxanadan evə yollayıblar. Hazırda xəstəxanada məktəbli qalmayıb. Təbii qazla zəhərlənməyə səbəb məktəbin 600 metrliyində yerləşən paylayıcı yarımstansiyada qeydə alınan qaz sızıntısı olub. Qəza vəziyyəti Şımkənd qaz xidməti tərəfindən aradan qaldırılıb” – Bekşin qeyd edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Qazaxıstan