Paşinyan: “Münaqişə ilə bağlı mövqeyimizi yumşalda bilərik”

  Paşinyan:  “Münaqişə ilə bağlı mövqeyimizi yumşalda bilərik”
  19 Mart 2019    Oxunub:4554
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dialoqun baş tutması üçün tərəflər bir-birinin arqumentlərini dinləməyə hazır olmalıdır.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.
Qarabağ separatçılarının danışıqlar prosesində tərəf kimi iştirakının vacib olduğuna dair əvvəlki destrukriv mövqeyinə sadiq qalan Paşinyan vurğulayıb ki, rəsmi İrəvan tərəfdaşları ilə “fakta əsaslanan” müzakirələri davam etdirəcək və hətta nizamlamaya dair mövqeyini dəyişə bilər. Lakin Azərbaycandan da eyni addım atmasını gözləyir.

“Danışıqlar bir-birimizi eşitmək üçün təşkil olunur. Ermənistan ən azı dinləmək bacarığını nümayiş etdirdi və opponentini anlamağa çalışdı. Və qarşı tərəfdən də eyni şeyi gözləyirik. Tərəfdaşlarımız hesab etsə ki, münaqişənin həlli ilə bağlı hansısa yerdə mövqeyimiz hədsiz sərtdir, onda bu mövqeyimizi yumşalda bilərik, amma opponentlərimizdən də eyni addımı gözləyirik, əks təqdirdə dialoq baş tutmaz”, – Paşinyan deyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Paşinyan   Qarabağ   Azərbaycan   Ermənistan  





Xəbər lenti