Ermənistanda şirkətlər hökuməti məhkəməyə verir
Azvision.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti etibarlı mənbələrinə istinadən yazıb.
Mənbələrin sözlərinə görə, Ermənistan hökumətinə qarşı “ittifaq” yaradan həmin şirkətlərin sırasına “Lidian Ermənistan”, “Veolia Cur”, Snitek”, bəzi rabitə operatorları və digər şirkətlər daxildir.
“Promlemlərinin həll olunmaq əvəzinə daha da böyüdüyünü görən bu şirkətlər Ermənistan hökumətini arbitraj məhkəməsinə verə bilərlər. Artıq “Lidian Ermənistan” 3 aydan sonra məhkəməyə şikayət edəcəyilə bağlı xəbərdarlıq edib və başqaları da vəziyyətin sonrakı inkişafının necə olacağını gözləyirlər. Amma bu şirkətlərin arbitraj yoluna baş vurması Ermənistan dövləti üçün olduqca təhlükəlidir. Təkcə ona görə yox ki, hökumət iri məbləğdə cərimə ödəməli olacaq. Həm də ona görə ki, bu, əcnəbi biznesmenlər üçün Ermənistanın investisiya cəlbediciliyinin daha da azalmasına və perspektivdə Ermənistanın xarici investisiyalardan tamamilə məhrum olmasına gətirib çıxara bilər” – qəzet yazıb.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ermənistan İnvestisiya