Avropa İttifaqı "Brexit"i təxirə salmağa razılaşdı

Avropa İttifaqı "Brexit"i təxirə salmağa razılaşdı
  22 Mart 2019    Oxunub:3361
Avropa İttifaqı Şurası Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxma tarixini başqa vaxta keçirmək tələbini şərti olaraq təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə qərar Aİ liderlərinin zirvə görüşündə qəbul edilib.

Qərara görə, əgər Britaniya parlamenti gələn həftə "Brexit" müqaviləsini təsdiqləsə, ölkə qurumu mayın 22-də tərk edəcək. Müqavilə təsdiqlənmədiyi təqdirdə, Brexit aprelin 12-dək təxirə salınacaq.

Qeyd edək ki, Britaniya hökuməti Aİ-ni tərk etmə tarixinin iyunun 30-dək uzadılmasını istəmişdi, lakin mayın 23-də Avropa Parlamentinə seçkilər keçirilməsi səbəbindən bu tarix mayın 22-nə təyin olunub.

Kənan Məmmədov
Azvision.az


Teqlər:   Brexit  





Xəbər lenti