"İşğalın legitimləşdirilməsinə əsla yol vermərik" - Ərdoğan

 "İşğalın legitimləşdirilməsinə əsla yol vermərik" -  Ərdoğan
  22 Mart 2019    Oxunub:2342
"ABŞ Prezidentinin Colan təpələri ilə bağlı uğursuz açıqlaması regionu yeni bir böhranın, yeni bir gərginliyin astanasına gətirib".

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Yeni Zelandiyadakı terror aktı ilə bağlı İstanbulda keçirilən növbədənkənar yığıncağında bildirib.
"Colan təpələri 1967-ci ildə bu günə qədər İsrailin işğalı altındadır. İsrail tərəfindən işğal edilərkən, sadəcə, ərəblər yox, türkmanlar da öz doğma torpaqlarından köçməyə məcbur edilib. Türkiyənin və İslam Əməkdaşlıq Təşkilatının bu cür həssas məsələdə səssiz qalması, de-faktolara boyun əyməsi qeyri-mümkündür. Colan təpələrinin işğalının legitimləşdirilməsinə əsla yol vermərik”, - deyə Ərdoğan vurğulayıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Ərdoğan   İsrail  





Xəbər lenti