Dəhşətli avtobus qəzası: Ölü sayı 70-dən çoxdur

Dəhşətli avtobus qəzası:  Ölü sayı 70-dən çoxdur
  22 Mart 2019    Oxunub:4842
Qananın qərbində iki avtobus toqquşub.
Azvision.az xəbər verir ki, dəhşətli qəza nəticəsində 70-dən artıq sərnişin ölüb.

Hadisə zamanı avtobuslardan biri yanıb. Yanan avtobusun bütün sərnişinləri ölüb. Digər avtobus isə dərəyə yuvarlanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Qəzaya ilkin səbəb kimi sürücülərdən birinin sükan arxasında yatması göstərilir. Faktla bağlı araşdırma aparılır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Qana   Qəza  





Xəbər lenti