Kraysterçdə məscidlər yenidən açılıb

Kraysterçdə məscidlər yenidən açılıb
  23 Mart 2019    Oxunub:2049
Yeni Zelandiyanın Kraystçörç şəhərində terror aktına məruz qalan Ən-nur və Linvud məscidləri yerli icmaya təhvil verilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, məscidlər təmir edilib, onların ətrafındakı polis kordonunun sayı azaldılıb, ətrafdakı yollar isə hərəkət üçün açılıb. Qeyd olunub ki, Yeni Zelandiyadakı bütün məscidlərin silahlı mühafizəsi davam etdiriləcək.

Xatırladaq ki, Kraystçörç şəhərinin iki məscidində törədilən terror aktı nəticəsində 50 nəfər həlak olub, daha 50 nəfər müxtəlif xəsarətlər alıb.

Azvision.az



Teqlər: Yeni-Zelandiya   Məscid  





Xəbər lenti