Mozambikdə ölənlərin sayı 417-yə çatdı

    Mozambikdə ölənlərin sayı 417-yə çatdı
  24 Mart 2019    Oxunub:2243
Afrikanın cənub-şərqində saatda azı 170 kilometr sürətlə hərəkət edən “İdai” tropik qasırğası nəticəsində Mozambikdə ölənlərin sayı 417 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Mozambikin ətraf mühit naziri Celso Korreira bəyan edib. Onun sözlərinə görə, hazırda qasırğanın keçdiyi ərazlərdə, xüsusən də, Beira liman şəhərində vəziyyət olduqca kritikdir. 530 min sakini olan Beiranın və ətraf rayonların 90 faizi qasırğanın dağıdıcı təsirinə məruz qalıb.

Bundan əvvəl ölənlərin sayının 217 nəfər olduğu bildirilirdi.

Mozambikin prezidenti Filipe Nyusi isə bildirib ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı minə çata bilər. O, ölkəsinin çox böyük humanitar fəlakətlə üzləşdiyni deyib.

Qeyd edək ki, ötən həftə “İdai” tropik qasırğası Afrikanın cənub-şərq sahillərində yerləşən Mozambik, Zimbabve və Malavi ölkələrində ciddi dağıntılara və itkilərə səbəb olub. Mozambikin qonşusu Zimbabvedə isə azı 98 nəfər ölüb, 217 insan itkin düşüb.



Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Mozambik   İdaiqasırğası  





Xəbər lenti