Meksika prezidentini fitə basdılar

Meksika prezidentini fitə basdılar
  24 Mart 2019    Oxunub:3081
Ötən ilin dekabrında yüksək populyarlıq qazanaraq hakimiyyətə gələn Meksikanın yeni prezidenti Andres Manuel Lopes Obrador bu gün paytaxt Mexikodakı hava limanı yaxınlığında tikilən beysbol stadionunun açılış mərasimində ictimai istehza hədəfinə çevrilib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Obrador stadiona daxil olarkən kütlə nifrət ehtiva edən ifadələr qışqırmaqla və fit çalaraq prezidenti məsxərəyə qoyub.

Açılış mərasimində çıxış edən Meksika prezidenti Obrador isə təhqir olunmağına belə reaksiya verib: “Çox danışmayacam, çünki görürəm ki, burada “fifi” komandasının fanatları da iştirak edirlər.”

İnsanların niyə bu cür davranmasının səbəbi hələ ki bilinmir.

Qeyd edək ki, 5 aylıq prezidentliyi müddətində Obrador yürütdüyü iqtisadi siyasətə görə ciddi tənqidlərə məruz qalıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Meksika  





Xəbər lenti