Mərakeşdə müəllimlər kütləvi etiraza qalxıb

 Mərakeşdə müəllimlər kütləvi etiraza qalxıb
  24 Mart 2019    Oxunub:2819
Mərakeş polisi paytaxt Rabatda parlament binası qarşısına yığışan minlərlə müəllimin etiraz aksiyalarını dağıtmaq üçün onlara qarşı su şırnağı və güc tətbiq edib.
Azvision.az xəbər verir ki, bu barədə “Youm7” portalı məlumat yayıb.

Qeyd olunur ki, əsasən gənc müəllimlərdən ibarət minlərlə aksiya iştirakçısı iş şəraitlərinin yaxşılaşdırılmasını, müəllimlərlə daimi və birdəfəlik əmək müqavilələrinin bağlanmasını və eləcə də, bu peşə sahiblərinin sosial müdafiəsinin gücləndirilməsini tələb edirlər.

Lakin onların şikayətlərinə məhəl qoyulmadığını görən etirazçılar gecəni parlament binası önündə keçirəcəklərini bəyan ediblər. Polisin müdaxiləsi nəticəsində qarşıdurma yaranıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Mərakeş   Aksiya  





Xəbər lenti