Xanımını öldürmək üçün təyyarəni evə çırpdı - VİDEO

  24 Mart 2019    Oxunub : 2249
 Xanımını öldürmək üçün təyyarəni evə çırpdı - VİDEO
Cənubi Afrika ölkəsi Botsvanada kişi həyat yoldaşı ilə etdiyi mübahisədən sonra onu öldürmək üçün təyyarəni öz evinə çırpıb.
Azvision.az “Eyewitness News” portalına istinadən xəbər verir ki, insidentə səbəb dünyaya gələcək övladlarının şərəfinə şənlik təşkil edən cütlüyün tədbirdə dalaşması olub. Belə ki, kişi hamilə həyat yoldaşına qarşı nalayiq hərəkət edib və yaranan mübahisədən sonra qonaqlar ondan şənliyi tərk etməsini istəyiblər.

Lakin evdən çıxdıqdan sonra hirsi soyumayan kişi dostuna zəng edərək indi həyat yoldaşının harada olduğunu soruşub. Onun sözlərindən şübhələnən dostu dərhal qonaqlara evi tərk etmələrini deyib. Bir qədər sonra isə xanımı ilə dalaşan kişi şəxsi təyyarəsini evə çırpıb. Hadisə nəticəsində yalnız pilotun özü həlak olub. Dostu zamanında evdəkiləri xəbərdar etdiyi üçün, onların hamısı dəhşətli faciədən xilas ola biliblər. Təyyarənin çırpılması nəticəsində ev tamamilə dağılıb və 11 avtomobilə ziyan dəyib.



Leyla Elbrusqızı
Azvision.az

Teqlər: