Aİ Poroşenkoya qarşı korrupsiya araşdırmasını təkzib etdi

  24 Mart 2019    Oxunub : 952
 Aİ Poroşenkoya qarşı korrupsiya araşdırmasını təkzib etdi
Dələduzluqla və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə mübarizə üzrə Avropa ofisi (OLAF) Ukrayna prezidenti Pyotr Poroşenkoya qarşı heç bir araşdırma başlatmayıb.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, Poroşenko ilə bağlı hansısa araşdırma aparılmır və əgər belə bir araşdırmanın başladılmasına əsas verəcək bir informasiya əldə olunarsa, o, OLAF-ın mövcud adi prosedurları kontekstində qiymətləndiriləcək.

Bundan əvvəl “Batkivşina” partiyasının lideri, Ukraynada keçiriləcək 31 mart seçkilərində prezidentliyə namizəd Yuliya Timoşenko bəyan etmişdi ki, OLAF və Böyük Britaniyanın SFO (Ciddi Fırıldaqçılıqla Mübarizə Ofisi) qurumu Poroşenkoya qarşı birgə anti-korrupsiya təhqiqatına başlayıblar.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ukrayna   Avropaİttifaqı