“Taliban”ın hücumu nəticəsində 10 hərbçi ölüb

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi ölüb
  24 Mart 2019    Oxunub:1974
Əfqanıstanın Hilmənd əyalətində “Taliban” radikal hərəkatının Əfqanıstan Silahlı Qüvvələrinin postlarına etdiyi hücum nəticəsində azı 10 əfqan hərbçisi ölüb, daha 13-ü isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin rəsmisi Kaisa Manqala bəyan edib. Onun sözlərinə görə, Əfqanıstan ordusunun adekvat cavabı nəticəsində qarşı tərəf də itki verib.

Qeyd olunur ki, talibançılar şənbə günündən etibarən Əfqanıstan hərbçilərinə qarşı davamlı hücumlar təşkil edirlər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Taliban   Əfqanıstan  





Xəbər lenti