Rəsmi Ankara Trampın qərarına etiraz etdi

  25 Mart 2019    Oxunub : 1075
Rəsmi Ankara Trampın qərarına etiraz etdi
Rəsmi Ankara ABŞ prezidenti Donald Trampın İsrailin Colan təpələri üzərindəki suverenliyini tanımasına etiraz edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Tvitter" hesabında yazıb.

"ABŞ bir daha beynəlxalq hüququ heçə saydı. Ancaq bu qərar İsrailin ilhaqını əsla legitimləşdirməyəcək. Əksinə Yaxın Şərqdə sülh prosesinə əngəl olacaq, bölgədə gərginliyi daha da artıracaq", - deyə XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp İsrailin Colan təpələri üzərində suverenliyini tanınmasına dair sənəd imzalayıb.

Azvision.az


Teqlər: Türkiyə   Ankara   Tramp