İsrail HƏMAS liderinin ofisini bombaladı

  25 Mart 2019    Oxunub : 845
 İsrail HƏMAS liderinin ofisini bombaladı
İsrail ordusu HƏMAS lideri İsmayıl Haniyənin Qəzza zolağında yerləşən ofisini bombalayıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr HƏMAS təşkilatının rəhbəri İsmayıl Haniyənin Qəzza zolağının şimal hissəsində yerləşən Rimal rayonundakı ofisinə hücum ediblər.

Qeyd edilib ki, həmin bina bir çox hərbi müşavirələrin keçirilməsi üçün istifadə edilib.

Azvision.az

Teqlər: HƏMAS   İsrail   Qəzza