Paşinyan Əliyevlə görüşmək üçün Vyanaya yollanır

  26 Mart 2019    Oxunub : 2205
 Paşinyan Əliyevlə görüşmək üçün Vyanaya yollanır
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti 28-29 mart tarixlərində Vyanada rəsmi səfərdə olacaq.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Erməni KİV-ləri yazır ki, Avstriya prezidenti Aleksander Van der Bellen martın 29-da paytaxt Vyanadakı Hofburq iqamətgahında həm Paşinyan, həm də Azərbaycan prezidenti İlham Əliyevlə ayrıca görüşlər keçirəcək.

Qeyd edək ki, martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqlar prosesi çərçivəsində tərəflərin razılığı əsasında Azərbaycan və Ermənistan liderləri arasında ilk rəsmi görüşün təşkilinə hazırlaşdıqlarını bəyan ediblər.

Daha sonra Avstriyadakı diplomatik mənbə isə bildirib ki, Paşinyanla İlham Əliyev arasında görüş 29 martda Vyanada olacaq və ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçəcək.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Azərbaycan   Ermənistan   Avstriya   DağlıqQarabağ   Minskqrupu