ABŞ İrana qarşı sanksiyaları genişləndirib

  26 Mart 2019    Oxunub : 1355
 ABŞ İrana qarşı sanksiyaları genişləndirib
ABŞ İranın daha 14 şirkəti və 9 fiziki şəxsinə qarşı sanksiya tətbiq edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şirkətlər və fiziki şəxslər İranın terror fəaliyyəti, eləcə də nüvə proqramı ilə əlaqəli olduğundan onlara qarşı sanksiya tətbiq edilib.

ABŞ-ın Maliyyə Nazirliyi “Ansar Exchange” şirkətinin İran İslam İnqilabını Mühafizə Korpusunun xüsusi təyinatlı Qüds korpusu ilə əlaqəli olduğu qənaətindədir.

Azvision.az


Teqlər: ABŞ   İran   Sanksiya