NATO baş katibi Trampla görüşəcək

NATO baş katibi Trampla görüşəcək
  27 Mart 2019    Oxunub:1550
ABŞ prezidenti Donald Tramp aprelin 2-də Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüş keçirəcək.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının mətbuat xidməti bəyanat yayıb.

“NATO-nun yaradılmasının 70 illiyi münasibətilə prezident (Tramp) və baş katib beynəlxalq təhlükəsizlik və sabitliyə dəstək olan alyansın əhəmiyyətini vurğulayacaqlar. Prezident və baş katib təkbətək görüş keçirəcəklər, ardınca isə geniş tərkibdə danışıqlar baş tutacaq” – bəyanatda deyilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: NATO   ABŞ  





Xəbər lenti