Stokholmda partlayış olub - Yaralılar var

Stokholmda partlayış olub -  Yaralılar var
  27 Mart 2019    Oxunub:1838
İsveçin paytaxtı Stokholmun qərbində yerləşən binalardan birində partlayış baş verib.
Azvision.az “Aftonbladet”ə istinadən xəbər verir ki, insident nəticəsində bir neçə nəfər xəsarət alıb.

“Partlayış nəticəsində binanın fasadı zədələnib və yaxınlıqdakı avtomobillərə ziyan dəyib. Bir neçə insan şok vəziyyətindədir. Xəsarət alanlardan biri şüşədən yaralanıb” – polis nümayəndəsi Fredrika Andersson bildirib.

Onun sözlərinə görə, hazırda polis partlayışın səbəbini araşdırır.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Stokholm   İsveç  





Xəbər lenti