ATƏT-in baş katibi Moskvaya gedəcək

ATƏT-in baş katibi Moskvaya gedəcək
  27 Mart 2019    Oxunub:1332
ATƏT-in baş katibi Tomas Qreminqer 25 apreldə Rusiyaya rəsmi səfər edəcək.
Azvision.az “Russia Today”ə istinadən xəbər verir ki, səfəri çərçivəsində Qreminqer Moskvada bir sıra görüşlər keçirəcək, o cümlədən, KTMT-nin baş katibi səlahiyyətlərinin icraçısı Valeri Semerikovla danışıqlar aparacaq və təşkilatın Daimi Şurasının iclasında iştirak edəcək.

ATƏT baş katibinin Rusiya xarici işlər naziri Sergey Lavrovla da görüşəcəyi istisna edilmir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: ATƏT   Rusiya  





Xəbər lenti