Rusiyada daha bir erməni biznesmen öldürülüb

 Rusiyada daha bir erməni biznesmen öldürülüb
  27 Mart 2019    Oxunub:2190
“Soçstroy” tikinti şirkətinin baş direktoru, erməni biznesmen Mqer Saracyan Moskva əyalətinin Krasnoqorsk şəhər dairəsinin Putilkovo kəndindəki mənzilində ölü tapılıb.

Azvision.az xəbər verir ki, bu barədə “Moskovskiy komsomoleç” məlumat yayıb. Ermənistanın Rusiyadakı səfirliyi faktı təsdiqləyib.
Qeyd olunur ki, Ermənistan vətəndaşı olan 34 yaşlı biznesmen aldığı çoxsaylı bıçaq zərbələrindən ölüb. Polislər cinayət yerində tapılan 5 mətbəx bıçağını maddi sübut kimi götürüblər.

Faktla bağlı cinayət işi açılıb, qatilin kimliyinin müəyyənləşdirilməsi və cinayətin səbəblərinin aşkarlanması üzrə iş davam etdirilir.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Rusiyanın Stavropol diyarında spirtli içkilərin istehsalı ilə məşğul olan 64 yaşlı erməni biznesmen Qevork Bazinyan da başı kəsilərək qətlə yetirilmişdi. Polislər qətlə yetirilmiş Qevorkun başını tapa bilməmişdilər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Moskva   Rusiya  





Xəbər lenti