Aİ Colan təpələrini İsrail ərazisi kimi tanımır

  27 Mart 2019    Oxunub : 921
 Aİ Colan təpələrini İsrail ərazisi kimi tanımır
Avropa İttifaqı (Aİ) rəsmi şəkildə təsdiqləyir ki, İsrailin işğal olunmuş Colan təpələri üzərində suverenliyini tanımır.
Azvision.az xəbər verir ki, bu barədə Aİ-nın xarici siyiasət və təhlükləsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini bəyanat yayıb.

“Aİ-nın Colan təpələrinin statusu ilə bağlı mövqeyi dəyişməyib. Beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 242 və 497 saylı qətnamələrinə uyğun olaraq, Aİ işğal altındakı Colan təpələri üzərində İsrailin suverenliyini tanımır” - bəyanatda vurğulanır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp beynəlxalq hüquq prinsiplərini və BMT qətnamələrində təsbit olunmuş ümumi konsensusu növbəti dəfə pozaraq, 25 fevralda İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı rəsmi sənəd imzalayaraq Colan təpələrini İsrailin ərazisi kimi tanıyıb.

Xatırladaq ki, 1967-ci ildəki 6 günlük müharibədə İsrail Suriyanın Colan təpələrini işğal edib, 1981-ci ildə isə bu əraziləri birtərəfli qaydada ilhaq edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Suriya   Colantəpələri   ABŞ   İsrail