Aleksandr Moroz prezident olmaq istəyirdi, fikrini dəyişdi

  27 Mart 2019    Oxunub : 1185
Aleksandr Moroz prezident olmaq istəyirdi, fikrini dəyişdi
Ukraynada prezidentliyə namizəd Aleksandr Moroz seçki kampaniyasında mübarizəni dayandırıb.
Azvision.az xəbər verir ki, A.Moroz tərəfdarlarına müraciət edərək siyasi mübarizədən çəkildiyini bəyan edib.

Prezident seçkilərinin saxta olduğunu hesab edən namizəd seçki kampaniyasında iştirakını qeyri-məqbul hesab edib.

Qeyd edək ki, Ukraynada martın 31-də keçiriləcək prezident seçkilərində iştirak üçün Mərkəzi Seçki Komissiyası 44 nəfərin namizədliyini qeydə almışdı. Onlardan 6-sı namizədliyini geri götürüb.

Azvision.az

Teqlər: Ukrayna   Seçki