Qvatemalada dəhşətli qəza – 32 nəfər ölüb
Qeyd olunub ki, ötən axşam baş verən dəhşətli hadisəyə səbəb sürücünün idarəetməni itirərək yük maşınını başqa bir yol qəzasının olduğu yerə toplaşan insanların üzərinə sürməsidir.
Hadisə nəticəsində 26-dan çox insan xəsarət alıb. Yaralılar Solola və Kesaltenanqodakı xəstəxanaalra yerləşdiriliblər.
Qvatemala prezidenti Cimmi Morales tvitter vasitəsilə ölənlərin ailələrinə başsağlığı verib, onlara yardım ediləcəyini bildirib. Dəhşətli faciə ilə əlaqədar Qvatemala hökuməti ölkədə 3 günlük matəm elan edib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Qvatemala