Paşinyanın reytinqi aşağı düşüb - Sorğu

 Paşinyanın reytinqi aşağı düşüb -  Sorğu
  28 Mart 2019    Oxunub:1943
Ermənistan hakimiyyətinin əhali arasında reytinqini və ictimai əhvalda hansı dəyişikliklərin baş verməsini müəyyənləşdirmək üçün Milli Təhlükəsizlik Xidməti və eləcə də, müxtəlif nüfuzlu xarici analitik mərkəzlər periodik qaydada sosial sorğular keçirirlər.
Azvision.az “Qraparak” qəzetinə istinadən xəbər verir ki, bu dəfə ABŞ tədqiqat mərkəzinin apardığı sorğu nəticəsində Ermənistan baş naziri Nikol Paşinyanın əhali arasında reytinqinin son 2 ayda sürətlə azaldığı üzə çıxıb.

Qəzet yazıb ki, yanvarın sonundakı sorğularda Paşinyanın reytinqi 51% təşkil edirdi. İndi isə bu göstərici heç 50%-i keçmir və sürətlə azalma ənənəsi davam edir. Sorğunun ən gözlənilməz nəticəsi isə Paşinyanın siyasi rəqiblərinin, yəni “məxməri inqilab” yolu ilə devirdiyi sabiq prezident Serj Sarkisyanın reytinqinin yüksəlməsi olub.

“Paşinyanın nüfuzunun düşməsinin əksinə olaraq, Serj Sarkisyanın və Respublikaçılar partiyasının əhali arasındakı reytinqi əvvəlki 4%-dən 8%-dək artıb. Və özü də bu artım onların heç nə ilə məşğul olmaması halında qeydə alınıb. Eləcə də, “Daşnaksütyun” partiyasının da reytinqi 1,5% artıb” – qəzet yazıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan   Reytinq  





Xəbər lenti