Gizli Moskva səfəri - Erməni nazir Popovla da danışıqlar aparıb

  28 Mart 2019    Oxunub : 3670
 Gizli Moskva səfəri - Erməni nazir Popovla da danışıqlar aparıb
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan 22 martda Moskvaya gizli səfəri zamanı Rusiya XİN rəhbəri Sergey Lavrovla yanaşı, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popovla da görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan XİN başçısının məxfi Moskva səfəri barədə ilk məlumatı verən “168 saat” erməni qəzeti yazıb.

“Bir neçə gündür ki, biz XİN-in Mnatsakanyanın Moskvada kiminlə görüşdüyünə və danışıqların gündəliyinin nədən ibarət olduğuna, niyə indiyədək bu barədə rəsmi məlumat verilməməsinə aydınlıq gətirməsinə cəhd etdik. Dünənədək heç bir dəqiq cavab verilmədi, nazir özü isə mətbuatı konspirologiyada ittiham etdi. Amma indi bizim etibarlı mənbəmizə əsasən, o da aydın olub ki, Vyanada keçiriləcək Paşinyan-Əliyev danışıqlarına hazırlıq işlərinin təşkili məqsədilə Mnatsakanyan Moskvaya gizli səfərində Minsk qrupunun həmsədri İqor Popovla da görüşüb. Və nəhayət ki, Ermənistan XİN-də bu məlumatı təsdiqlədilər və “Ermənistan baş naziri ilə Azərbaycan prezidentinin görüşü ərəfəsində Mnatsakanyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşmələr aparıb və bu proses 28 martda da davam edəcək” dedilər” – qəzet yazıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Minskqrupu   Rusiya   Vyana