Qazaxıstan prezidentinin Putinlə görüş vaxtı bilindi

Qazaxıstan prezidentinin Putinlə görüş vaxtı bilindi
  28 Mart 2019    Oxunub:1721
Qazaxıstan prezidenti Kasım Jomart Tokaev aprelində 3-də Moskvaya rəsmi səfər edərək, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşün gündəliyini Qazaxıstan və Rusiya arasında siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də, aktual regional və beynəlxalq mövzular təşkil edəcək. Danışıqların yekununda bir sıra müştərək sənədlər imzalanacaq.

Qeyd edək ki, bu, Qazaxıstan lideri Nursultan Nazarbayevin istefasından sonra prezident səlahiyyətlərini icra edən Tokaevin Rusiyaya ilk rəsmi səfəri olacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Qazaxıstan   Rusiya  





Xəbər lenti