Dakkada çoxmərtəbəli bina yanıb, ölənlər var

Dakkada çoxmərtəbəli bina yanıb, ölənlər var
  28 Mart 2019    Oxunub:1967
Banqladeşin paytaxtı Dakkada çoxmərtəbəli binada baş verən yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb. Bundan əvvəl faciədə ölü sayının bir, yaralıların isə 20 nəfər olduğu deyilirdi.
Azvision.az “Daily Star”a istinadən xəbər verir ki, günorta saat 13:00-da alovlanan göydələndə azı 6 nəfərin blokadaya düşdüyü bildirilib. Daha sonra onların özlərini binadan yerə atdıqları və dərhal xəstəxanaya yerləşdirildikləri, amma vəziyyətləri barədə mlumat verilmədiyi deyilir.

Yerli xəstəxananın nümayəndəsi Rəhman Şuvo isə deyib ki, 3 nəfər binadan özünü atarkən, 2 nəfər isə yanğında həyatlarını itiriblər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Dakka   Banqladeş  





Xəbər lenti