Ermənistanda rüşvət alan hakim həbs olundu

Ermənistanda rüşvət alan hakim həbs olundu
  28 Mart 2019    Oxunub:2590
Ermənistanın Kotayk əyalətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Qaqik Eroyanın cinayətdə ittiham olunan vətəndaşın xeyrinə qərar çıxarmaq üçün müttəhimdən külli miqdarda rüşvət aldığı üzə çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, aparılan istintaq-axtarış əməliyyatı nəticəsində hakim Qaqik Eroyanın üzərindən vətəndaşdan tələb etdiyi məbləğ aşkar olunub. Həmçinin aydın olub ki, cinayətdə hakimlə müttəhim arasında “vasitəçi” rolunda təqsirləndirilən şəxsin vəkili çıxış edib.

Faktla bağlı cinayət işi açılıb və baxılması üçün Xüsusi İstintaq Xidmətinə göndərilib. Rüşvətxor erməni hakim isə həbs olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Korrupsiya  





Xəbər lenti