Paşinyan Əliyevlə rəsmi görüş öncəsi Saakyana zəng edib

 Paşinyan Əliyevlə rəsmi görüş öncəsi Saakyana zəng edib
  28 Mart 2019    Oxunub:4868
Ermənistanın baş naziri Nikol Paşinyan sabah Vyanada Azərbaycan prezidenti ilə keçirəcəyi ilk rəsmi görüş öncəsi bu gün Qarabağ separatçılarının lideri Bako Saakyana zəng edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, telefon söhbəti zamanı Paşinyan Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz şəkildə yaradılan qondarma rejimin lideri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə dair “fikir mübadiləsi” aparıb.

Ekspertlər hesab edirlər ki, indiyədək “mənim Dağlıq Qarabağ erməniləri adından danışıqlar aparmaq hüququm yoxdur” kimi cəfəng və başından böyük iddialarla çıxış edən Paşinyan geri addım ataraq Azərbaycan prezidenti ilə rəsmi görüş keçirməyə məcbur olub və bu səbəbdən də, simasını qorumaq üçün guya danışıqlardan əvvəl separatçıların liderilə məsləhətləşirmiş kimi imitasiya yaratmağa çalışır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Vyana  





Xəbər lenti