İsrail Qəzzaya zərbə endirib

İsrail Qəzzaya zərbə endirib
  28 Mart 2019    Oxunub:1781
İsrail hərbi hava qüvvələri Qəzza sektorunun şimal hissəsində fələstinlilərin mövqeyinə zərbə endirib.
Azvision.az xəbər verir ki, bu barədə İsrail ordusunun ərəbdilli sözçüsü Avixay Edri bəyan edib.

“Hərbi təyyarəmiz bu yaxınlarda Qəzza sektorunun şimalından İsrail istiqamətində havaya odlu şarlar buraxmağa cəhd edən təcavüzkarların yuvasına zərbə endirib”, - deyə Edri "Tvitter"də yazıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Qəzza   Fələstin   İsrail  





Xəbər lenti