Tramp ermənipərəst komitə sədrindən qisas alır

Tramp ermənipərəst komitə sədrindən qisas alır
  28 Mart 2019    Oxunub:3993
ABŞ baş prokuroru Uilyam Barrın prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Moskvanın Amerikadakı 2016-cı il prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin apardığı 22 aylıq istintaqın heç bir qanun pozuntusu üzə çıxarmaması barədə bəyanatını əsas gətirən Tramp zamanında bunun əksini iddia edənlərə qarşı “qisasa” başlayıb.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Tramp Konqressin Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin sədri Adam Şiffi dərhal istefa verməyə çağırıb.

“2 ildir ki, vaxtını bilərəkdən və qanuna zidd şəkildə yalan danışmaq və informasiya sızdırmaqla keçirən konqressmen Adam Şiff Konqressdəki postundan istefaya məcbur edilməlidir” – Tramp "Tvitter"də yazıb.

Trampın tvitindən sonra Nümayəndələr Palatasının kəşfiyyat komitəsindəki 9 respublikaçı konqressmenin hamısı sədrləri Adam Şiffə isteya getməsi barədə yazılı məktub ünvanladıqlarını bəyan ediblər.

Qeyd edək ki, konqressmen Adam Şiff ermənipərəst mövqeyi ilə seçilir və dəfələrlə işğalçı ölkəni müdafiə edən bəyanatlar səsləndirib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Konqress   İstintaq   ABŞ   Rusiya  





Xəbər lenti