Məmmədyarov erməni nazirlə Qarabağı müzakirə edib - Yenilənib

  29 Mart 2019    Oxunub : 2010
 Məmmədyarov erməni nazirlə Qarabağı müzakirə edib - Yenilənib
Vyanada ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.
XİN-dən Azvision.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə etdilər.



***
(00:09)

Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında görüş başlayıb.

Azvision.az xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların aparıldığı görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirlər.

Azvision.az

Teqlər: Vyana   Məmmədyarov