XİN-dən
Azvision.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə etdilər.
***
(00:09)
Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında görüş başlayıb.
Azvision.az xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların aparıldığı görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirlər.
Azvision.az