Daha bir ölkə ABŞ-a qarşı çıxdı

 Daha bir ölkə ABŞ-a qarşı çıxdı
  29 Mart 2019    Oxunub:1451
ABŞ-ın Latın Amerikasındakı suveren dövlətlərin başqa ölkələrlə münasibətlərinə təsir etmək cəhdləri abırsızlıqdır.
Azvision.az xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriqez "Tvitter" səhifəsində bəyan edib.

“İndi də ABŞ suveren dövlətlərin qanuni münasibətlərinə müdaxilə etmək niyyətindədir. Onların iddiaları abırsızdır və elə Monro doktrinasının ruhundadır” – Rodriqez yazıb.

O, həmçinin vurğulayıb ki, ABŞ digər ölkələrdən daha çox silah istehsal və istifadə edir, onları satır. Kubalı nazirin sözlərinə görə, ABŞ-ın Latın Amerikasında 80 hərbi bazası var.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kuba   LatınAmerikası   ABŞ  





Xəbər lenti