Dünyanın ən hündürboy siyasətçisi - FOTOLAR

  29 Mart 2019    Oxunub : 1822
Dünyanın ən hündürboy siyasətçisi - FOTOLAR
Nyu-York meriyasının üzvü Robert Korneqi dünyanın ən hündürboy politoloqu adını qazanıb.

Azvision.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, 2 metr 8 santimetr boyu olan Korneqinin adı 14 yanvarda Ginnesin Rekordlar Kitabına ən uzun kişi politoloq kimi salınıb. Bu münasibətlə dünən ona mükafat və Ginnesin sertifikatı təqdim edilib.
Təltifedilmə mərasimində çıxış edən Korneqi isə zarafatla bildirib ki, hündürboy olmaq həm də bəzi problemlər yaradır. Məsələn, o, ayaqqabı və geyim alarkən çox çətinlik çəkdiyini deyib.

Qeyd edək ki, ən hündürboy kişi politoloq kateqoriyası üzrə bundan əvvəlki Ginnes rekordçusu Böyük Britaniya parlamentinin 2 metr 2 santimetr boylu deputatı ser Lui Qlyukşteyn idi. O, 1979-cu ildə vəfat edib.







Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ginnes   Politoloq