İlham Əliyevlə Paşinyanın görüşü başa çatdı - FOTOLAR+VİDEO (Yenilənib)

İlham Əliyevlə Paşinyanın görüşü başa çatdı -  FOTOLAR+VİDEO (Yenilənib)
  29 Mart 2019    Oxunub:25104
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Azvision.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib. Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

***
Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək formada keçirilən ilk rəsmi görüş başa çatıb.

Azvision.az xəbər verir ki, liderlərin təkbətək görüşü 1,5 saatdan çox davam edib. Ermənistan baş nazirinin sözçüsü Vladimir Karapetyan bildirib ki, təkbətək görüşdən sonra XİN rəhbərləri və həmsədrlərin iştirakı ilə geniş formatda danışıqlar davam etdirilir.

Təkbətək görüşdən əvvəl də liderlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Minsk qrupunun həmsədrləri, o cümlədən, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin də iştirakilə geniş tərkibdə görüş keçiriblər. Həmin geniş tərkibli görüş isə 40 dəqiqə davam edib.

Qeyd edək ki, Vyana görüşünün yekunlarına dair Minsk qrupunun həmsədrləri birgə bəyanat yayacaqlar.

***

Hazırda Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan təkbətək formada ilk rəsmi görüşlərini keçirirlər.

Azvision.az xəbər verir ki, təkbətək görüşdən əvvəl liderlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Minsk qrupunun həmsədrləri, o cümlədən, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin də iştirakilə geniş tərkibdə görüş keçiriblər.



***
(14:16)

Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş başlayıb.

Azvision.az xəbər verir ki, liderlərin görüşündə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Minsk qrupunun həmsədrləri, o cümlədən, Azərbaycan və Ermənistan XİN rəhbərləri də iştirak edirlər. Görüşün təqribən 2 saat çəkəcəyi gözlənilir.





Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Paşinyan  





Xəbər lenti