“Əliyevlə görüş normal keçdi” - Paşinyandan ilk açıqlama

 “Əliyevlə görüş normal keçdi” -    Paşinyandan ilk açıqlama
  29 Mart 2019    Oxunub:6361
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Vyanada Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüş barədə jurnalistlərə qısa açıqlama verib.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan danışıqların normal keçdiyini deyib.
"Görüş normal keçdi" - deyən Paşinyan əlavə şərh verməyib.

Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Ölkə rəhbərləri əvvəlcə təkbətək görüşüblər, daha sonra danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

Azvision.az



Teqlər: Vyana   Qarabağ   Paşinyan  





Xəbər lenti