Slovakiyada prezident seçkilərinin ikinci turu keçirilir
Qeyd edək ki, 16 martda keçirilən birinci turda Slovakiyanın 5-ci prezidenti seçilmək uğrunda 13 namizəd mübarizə aparıb. Lakin Slovakiyanın hazırkı prezidenti Andrey Kiska ikinci dəfə seçilmək üçün namizədliyini irəli sürməyib.
Slovakiyada prezident 5 il müddətinə seçilir. Onun səlahiyyət dairəsi bir qədər məhdud olsa da, tam simvolik də deyil. Slovakiyada prezident baş nazir postuna və eləcə də, Konstitusiya Məhkəməsinin hakimləri postuna namizədlər irəli sürmək, əksər səs çoxluğu ilə qəbul edilən qanunlardan başqa digər bütün qanunlara veto qoymaq və digər səlahiyyətlərə malikdir.
Leyla Elbrusqızı
Azvision.az