Ərdoğan xanımı ilə birlikdə İstanbulda səs verdi

Ərdoğan xanımı ilə birlikdə İstanbulda səs verdi
  31 Mart 2019    Oxunub:2161
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbulun Üsküdar rayonundakı seçki məntəqəsində səs veriblər.
Azvision.az -ın məlumatına görə, Ərdoğan jurnalistlərə açıqlamasında bələdiyyə seçkilərinin gedişini izlədiyini deyib.

“Səsvermənin gedişini müəyyən vaxta qədər İstanbulda izləyəcəyəm. İstanbulda mətbuat konfransından sonra Ankaraya gedəcəyəm”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilir.

Azvision.az



Teqlər: Ərdoğan   Seçki  





Xəbər lenti