Zelenski Poroşenkonu geridə qoydu - Nəticələr açıqlanır

 Zelenski Poroşenkonu geridə qoydu -   Nəticələr açıqlanır
  01 Aprel 2019    Oxunub:16591
Bu gün Ukraynada keçirilən prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələri məlum olub.

Azvision.az xəbər verir ki, Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə əsasən, Vladimir Zelenski 30,4 faiz səslə rəqiblərini geridə qoyub.
Hazırki prezident Pyotr Poroşenko (17,8 faiz) hələlik siyahıda ikincidir. Yuliya Timoşenko 14,2 faiz, Yuri Boyko 9,8 faiz, Anatoli Qriçenko isə 7,1 faiz səs toplayıb.

Qeyd edək ki, Ukraynada prezident seçkilərində 39 namizəd mübarizə aparıb.

Azvision.az



Teqlər: Ukrayna   Seçki  





Xəbər lenti