Putin Rusiyadakı “vor zakon”ları cəzalandırır

   Putin Rusiyadakı “vor zakon”ları cəzalandırır
  01 Aprel 2019    Oxunub:2635
Rusiya prezidenti Vladimir Putin ölkə ərazisində mütəşəkkil cinayətkar qruplaşmalar yaradan və bu qruplaşmalarda iştirak edən şəxslərə qarşı cəzaları sərtləşdirib.
Azvision.az xəbər verir ki, Putinin bununla bağlı imzaladığı qanun aprelin 1-dən etibarədən qüvvəyə minir.

Qanuna əsasən, Rusiyada “vor zakon” statusu daşıyan şəxslər avtomatik olaraq cinayət məsuliyyəti daşımış olacaq və onlar 8 ildən 15 ilə qədər həbs cəzası alacaq. Bundan əlavə, “vor zakon”lara cəza müddətindən aşağı həbs müddəti və ya şərti cəza verilməyəcək.

Ekspertlər hesab edirlər ki, sözügedən qanun kriminal avtoritetlərin Rusiyanı tərk etməsinə səbəb olacaq. Bununla da ölkədəki kriminal qrupların təsiri zəifləyəcək.

Azvision.az



Teqlər: Putin   Rusiya   Kriminal  





Xəbər lenti