Hindistan Pakistanın 3 hərbçisini öldürdü

Hindistan Pakistanın 3 hərbçisini öldürdü
  02 Aprel 2019    Oxunub:1370
Mübahisəli Kəşmir bölgəsinin Hindistanın nəzarətində olan ərazilərdən açılan atəş nəticəsində Pakistanın 3 hərbçisi ölüb, biri isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Ölkəmizin 3 igid oğlu Ravalkot rayonunda vətəndaş borcunu yerinə yetirərkən həyatlarını qurban verdilər” – məlumatda vurğulanıb.

Həmçinin qeyd olunub ki, Pakistan hərbçiləri Hindistan tərəfinin hərəkətlərinə “effektiv cavab veriblər”. Hindistanın itkiləri barədə isə məlumat yoxdur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kəşmir   Pakistan   Hindistan  





Xəbər lenti