Əfqanıstandakı hücumda 8 polis ölüb

  02 Aprel 2019    Oxunub : 762
Əfqanıstandakı hücumda 8 polis ölüb
Əfqanıstanın şimalındakı Balh əyalətində “Taliban” sİlahlı hərəkatının hücumu nəticəsində 8 əfqan polisi həlak olub, daha 4-ü isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Tolo News” əyalət polisinin mətbuat katibi Adil şah Adilə istinadən məlumat yayıb. Onun sözlərinə görə, hücum polislərin Şolqara rayonunda patrul apardıqları zaman baş verib.

Bildirilir ki, hücum zamanı “Taliban” Əfqanıstan hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı raketlərdən istifadə edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Taliban   Əfqanıstan